Azərbaycana 14 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

24 Oktyabr 2025 11:44 (UTC+04:00)

Ümumi çəkisi 14 kiloqram 100 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin "Lənkəran" sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində 99-PC-617 dövlət qeydiyyat nişanlı "BYD" markalı avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Azərbaycan vətəndaşları – Cəfərov Emin Cəfər oğlu və Rəhmətullayev Neman Arif oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.