Corat qəsəbəsində qaz təchizatında fasilə olacaq

24 Oktyabr 2025 11:16 (UTC+04:00)

Bu gün mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar Corat qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən Sumqayıt Qaz İstismar Sahəsindən SİA-nın yerli bürosuna verilən məlumata görə, saat 12:00-dan etibarən məktəbin yanı – dördyol adlanan ərazidə aparılan işlər səbəbindən 500 abonentin qaz təchizatı işlər tamamlananadək dayandırılacaq.

Qurumdan bildirilib ki, qaz verilişinin bərpası işlər başa çatdıqdan dərhal sonra təmin olunacaq.