Müasir texnologiyaların yaratdığı yeni çağırışlara cavab vermək üçün islahatlar baxımından təkmilləşdirmələr aparılmalıdır. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, ASAN xidmət innovasiyası hazırda 30-dan çox ölkəyə ixrac olunur: "ASAN xidmət konsepsiyasının mahiyyəti və məqsədi vətəndaşyönömlü etik və məsuliyyətli xidmətlərin təşkil edilməsidir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurlu icrasında innovasiyaların, müasir texnologiyaların çox böyük rolu var".
Ü. Mehdiyev qeyd edib ki, süni intellektikli, müasir texnologiyalar yeni çağırışlar yaradır: "Biz bu yeni çağırışlara cavab vermək üçün islahatlar baxımından təkmilləşdirmələr aparmalıyıq".