“Bu gün keçirilən tədbir DOST Agentliyinin yeni layihəsi olan “SOCGOV”un təqdim olunması ilə yeni mərhələnin başlanğıcıdır. Ölkəmizdə Prezident İlham Əliyevin tapşırığı ilə ciddi sosial islahatlar həyata keçirilir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir bildirib ki, 2018-2025-ci illər ərzində 5 böyük sosial islahat həyata keçirilmişdir: “Sözügedən islahat paketi 4 milyon vətəndaşı əhatə edərək, 7.6 milyard manat təşkil edib. İslahatlar nəticəsində orta aylıq əməkhaqqı 2 dəfə artıb. Bu göstəricilər sosial sahədə həm miqyas, həm də keyfiyyət olaraq mühüm işlərin həyata keçirildiyini göstərir. Qeyd etmək lazımdır ki, son ildə görülən işlər nəticəsində 68 beynəlxalq mükafata layiq görülmüşük”.