Azərbaycanın yeniyetmələrdən ibarət yunan-Roma və qadın güləşçiləri Estoniyanın Rakvere şəhərində keçirilmiş beynəlxalq turnirdə 7 medal qazanıblar. Güləş Federasiyasından SİA-ya bildirilib ki, yunan-Roma güləşçilərindən 7-si fəxri kürsüyə qalxıb.
U-13 yaş qrupunda Bakir Məhərrəmli (35 kiloqram) ikinci olub. U-15 yaş qrupunda Elmir Çərkəzov (62 kiloqram) və İsfahan Həsənov (85 kiloqram) gümüş, Hüseyn Mustafazadə (52 kq) isə bürünc mükafatı boynundan asıb. U-17 yaş qrupunda isə Nihat Tağıyev (65 kiloqram) çempion olub. Abdurrahman Hüseynli (51 kiloqram) ilə Mehdi Əsgərli (60 kiloqram) üçüncü yeri tutub.
Qeyd edək ki, 3 yaş qrupu üzrə təşkil edilən yarışda 19 ölkədən 500-ə yaxın idmançı iştirak edib.