Azərbaycan Premyer Liqasında IX tura start verilir

24 Oktyabr 2025 10:07 (UTC+04:00)

Bu gün futbol üzrə Misli Premyer Liqasında IX tura start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı "Karvan-Yevlax"la "Turan Tovuz" komandaları arasında olacaq. Şamaxı şəhər stadionunda oynanılacaq görüş saat 14:30-da başlayacaq.

Hazırda Tovuz klubu 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Yevlax təmsilçisi isə 5 xalla 11-cidir.

Günün digər oyununda "Kəpəz" Qəbələ şəhər stadionunda "İmişli"ni sınağa çəkəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.

Gəncə klubu 3 xalla sonuncu - 12-ci sırada yer alıb. İmişlinin eyniadlı komandası isə 9 xalla 8-cidir.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 25-26-da keçiriləcək.