"Xahiş edirəm, yeraltı keçidlərdəki eskalatorlar təmir olunsun. Adam qorxur onlara minməyə". SİA xəbər verir ki, bunu model Səmra Rəhimli sosial media hesabından yayımladığı videomüraciətdə deyib. O, şəhərin mərkəzində yerləşən yeraltı keçidlərdə olan eskalatorların nasaz vəziyyətdə olduğunu, və təhlükə yaratdığını deyib: "Xahiş edirəm, yeraltı keçidlərdəki eskalatorlar təmir olunsun. Adam qorxur onlara minməyə. Bir tərəfi işləyir, digər tərəfi yox. Bu işləməyəcəksə normal pilləkən edin. "Formula 1" zamanında işlədi, indi yenə də işləmir. Bu problem nə zaman həll olacaq?".