“Meta” 600 işçisini ixtisar edəcək

24 Oktyabr 2025 03:06 (UTC+04:00)

"Meta” şirkəti süni intellekt layihələrində çalışan təxminən 600 əməkdaşını işdən azad etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, məqsəd şirkət daxilində bürokratiyanı azaltmaq və idarəetmədə çevikliyi artırmaqdır. Məlumatda qeyd olunur ki, bu addım həmçinin “Meta”nın süni intellekt sahəsində apardığı iri investisiyalarla da bağlıdır və rəhbərlik daxili proseslərin bu tempə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Şirkət bəzi əməkdaşların digər şöbələrə köçürüləcəyini də açıqlayıb. CNBC-yə açıqlama verən Meta nümayəndələri xəbəri təsdiqləyiblər və qeyd ediblər ki, məqsəd “trukturun optimallaşdırılması və gələcək AI inkişafına daha çox fokuslanmaqdır.