"Azərreyl" voleybol klubu Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

23 Oktyabr 2025 21:22 (UTC+04:00)

Azərbaycanı avrokuboklarda təmsil edən kişi voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununu keçirib.

SİA xəbər verir ki, son ölkə çempionu təsnifat mərhələsinin I turunda Serbiyanın “Radniçki” komandası ilə üz-üzə gəlib.

Bakıda Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan matç rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

Komandalar arasında cavab qarşılaşması oktyabrın 29-da gerçəkləşəcək.