Mərkəzi Asiyalılar artıq iş üçün Avropa Birliyinə gedirlər…

23 Oktyabr 2025 22:35 (UTC+04:00)

...Bu arada yüksək maaşlar bir çox Mərkəzi Asiyalını Avropada işləmək fikrinə vadar edir.

Amma etiraf edilməldir ki, bir çox miqrantlar mədəni fərqliliklərə və tanış olmayan dillərə uyğunlaşmaqda çətinlik çəkirlər.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiyada təhsil almış özbək feldşer Umidjon Alijonov gileylənir ki, Almaniyaya köçmək həqiqətən də yorucudur. Alman dilini öyrənəcəyimi heç düşünmürdüm, amma indi bu mənim həyatımdır…

… Tacikistan vətəndaşı Azimjon Bədəlov Böyük Britaniyada çiyələk yığmaqla məşğuldur. O, əvvəllər 10 il Rusiyada işləyib. Buna baxmayaraq, İngiltərədə bunu daha çox bəyəndiyini deyir.

İddialara görə, 2016-cı ildə Rusiyada 4-6 milyon Özbəkistan vətəndaşı yaşayırdısa, indi onların sayı bir milyondan azdır.

Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin məlumatına görə, 2023-cü ildə Avropa ölkələri Mərkəzi Asiya dövlətlərinin vətəndaşlarına 75 min iş icazəsi verib.

…Özbəkistan Miqrasiya Agentliyinin nümayəndəsi Babur Vəliyev AFP-yə deyib ki, əmək miqrasiyasının coğrafiyası xeyli dəyişib.

…Biz vətəndaşlarımızı inkişaf etmiş ölkələrə: Almaniya, Slovakiya, Polşa, Cənubi Koreya və Yaponiyaya işləməyə göndərməyə çalışırıq. Hazırda Finlandiya, Kanada, Norveç və ABŞ ilə danışıqlar aparılır.

Bunu da özbək səlahiyyətlim deyib.

SİA-nın əlavəsi: Hələ Moskvanı və ya Rusiyanın digər şəhərlərini demirəm, amma...

...Kazan qış ərəfəsində təxminən 800 küçə təmizləyici (...ruslar onlara “dvornik” deyirlər-A.B.) çatışmazlığı ilə üzləşir. RİH başçısının müavini İsgəndər Giniyatullinin sözlərinə görə, hazırda işçilərin sayı 15 milyon kvadratmetrdən çox ərazini təmizləmək üçün yetərli deyil.
Əli Babayev