…Türk seriallarına olan həvəsi yaşlı şotland qadın Culieta Lorena Martinezin həyatını tamamilə dəyişib.
SİA-nın məlumatına görə, “Sabah” xəbər verir ki, o, Osmanlı İmperiyasının qurucusunun həyatından bəhs edən “Vəqf: Osman” tarixi kino dastanına baxdıqdan sonra əvvəlcə türk mədəniyyəti, daha sonra dinlə maraqlanıb və tezliklə İslamı qəbul edib.
…Türkiyə televiziyasına COVID-19 pandemiyası zamanı, karantində olarkən baxmağa başladım. Türk tarixi və İslam haqqında əvvəllər bilmədiyim məlumatlar məni çox təsirləndirdi. Bu, məni Quran oxumağa ruhlandırdı və iki il sonra Osmana baxdıqdan sonra şəhadətimi oxudum və İslamı qəbul etdim.
Bunu Culieta paylaşıb.
O, əfsanəvi serialın çəkildiyi Bozdağ Film Stüdyolarını ziyarət etmək üçün İstanbula gedib.
Şotlandiyadan gələn qonaqlarının hekayəsini öyrəndikdən sonra studiya işçiləri ona serialda əks olunan Kayi qəbilə düşərgəsinə ekskursiya etdiriblər. Qadın bu səfəri “onu tamamilə yenilənmiş emosional ziyarət” adlandırıb.
…Qeyd edək ki, “Vakıf: Osman” serialı dünya miqyasında milyonlarla tamaşaçı tərəfindən izlənilib və təkcə valehedici süjeti deyil, həm də Türkiyənin tarixi və mədəni irsini nümayiş etdirən əsl fenomenə çevrildi.
Nazlı Almuradova