...Rusiya kuryer çatdırılması tezliklə tanınmaz dərəcədə dəyişdiriləcək. Yandex irimiqyaslı robotlaşdırma proqramının işə salındığını elan etdi: iki il ərzində hər onuncu sifariş avtonom çatdırılma robotu tərəfindən çatdırılacaq.
SİA-nın məlumatına görə, bu texnoloji sıçrayışın mərhələlərlə həyata keçirilməsi planlaşdırılır.
2027-ci ilə qədər 20 min müasir çatdırılma robotu Rusiya şəhərlərinin küçələrində olacaq.
Şirkət əmindir ki, bu, nəinki işçi qüvvəsi çatışmazlığını aradan qaldıracaq, həm də çatdırılma xidmətlərini istehlakçılar üçün daha əlçatan edəcək.
Moskvada pilot zonalar yaradılacaq, bundan sonra texnologiya Sankt-Peterburq, Kazan və ölkənin digər iri şəhərlərində tətbiq olunacaq.
Bu yanaşma sistemi müxtəlif iqlim və infrastruktur şəraitində sınaqdan keçirməyə imkan verəcək.
Nazlı Almuradova