Dağıdıcı müxalifətə himayədarlıq edib maliyyələşdirlilməsi nankorluqdur ANALİZ

23 Oktyabr 2025 15:36 (UTC+04:00)

Dəfələrlə qeyd edib həm də yazmışam ki, istər xaricdəki antimilli ünsürlər, istərsə də Azərbaycandakı dağıdıcı müxaliflər ermənipərəst şəbəkəyə bağlı məxluqlardır. Bunu təsdiq etmək üçün uzun-uzadı faktlar göstərməyə, sübutlar ortaya qoymağa ehtiyac yoxdur. Zatən xaricdəki antimilli ünsürlərin özləri dolayısı ilə ermənipərəst dairələrə bağlı olduqlarını dilə gətiriblər. Tural Sadıqlı, Sevinc Osmanqızı, Orduxan Bəbirov, Qabil Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Abid Qafarov, Məhəmməd Mirzəli, Süleyman Süleymanlı, Arif Məmmədov, Fikrət Hüseynli və digər antimilli ünsürlər əsasən Fransa, İsveçrə, Hollandiya, ABŞ, Almaniya və hazırkı fars-molla rejiminin nəzarət etdiyi torpaqlarda məskunlaşıb, söyüş və təhqir elementlərini ifraz etsələr də, əsas sifarişlərlə yükləndikləri mərkəz Fransadır. Yəni xaricdəki antimilli ünsürlərin fəaliyyətləri əsasən Fransa xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir. Almaniyanın nasist qüvvələri də ara-sıra azərbaycanlı mühacirlərı idarə edir və təlimatlarla yükləyir. İndi isə daha ilgic faktlar üzə çıxır. Məlum olur ki, haqqında DTX-nın Baş İstintaq İdarəsində dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamlar irəli sürülən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və dəstəsi xaricdəki antimilli ünsürlərin və Azərbaycanın dağıdıcı müxalifətli ilə geniş və əhatəli əlaqələrə malik olublar. R.Mehdiyev və dəstəsi ölkəmizin bəzi vətənpərvər insanlarının təhqir edilməsi üçün xaricdəki antimilli ünsürlərə təlimatlar verir, bir-birini gözdən salmaq üçün əmrlər ünvanlayırlar. Hətta mətbuatda yazılanlara görə, R.Mehdiyev və dəstəsi tərəfindən xaricdəki antimilli ünsürlərə 48 milyon ABŞ dolları maliyyə göndərilib.

Adnan Əhmədzadə nələri etiraf edib?

Xalqa düşmən kəsilən, atributları tənqid, təhqir etməkdən çəkinməyən üzdönük məxluqlardan hər cür yaramazlıq və alçaqlıqlar gözləmək olar. Bunu söz yox ki, Ramiz Mehdiyev və dəstəsinin üzvləri olan sabiq baş nazir Novruz Məmmədov, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Bakının sabiq meri Hacıbala Abutalıbov, Azərbaycan Prezidentinin keçmiş Mətbuat katibi Azər Qasımov, keçmiş Baş Qərargah rəisi, general Nəcməddin Sadıqov, keçmiş XİN rəhbəri Elmar Məmmədyarov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və keçmiş nəqliyyat naziri Ziya Məmmədov və digərləri bilməmiş deyildilər. Lakin milli varlığımıza qarşı olan qisasçılıq hissi onları mövcud reallığı olduğu kimi dərk etməyə imkan verməyib. Müxtəlif yollarla xaricdə avara küçə həyatı yaşayan antimilli ünsürlərə maliyyə yardımları göstərməklə onları Azərbaycanın atributlarını, şərəfli, ləyaqətli insanları təhqir etməyə məcbur ediblər. Təbii ki, antimilli ünsürlər həbs olunaraq Azərbaycana gətirilsələr hansı vəzifəli şəxsdən, deputatdan, yolunu azan iş adamından nə vaxt, hansı təlimatı aldıqlarını əməkdaşlıq edəcəkləri istintaq orqanlarına çatdıracaqlar. Necə ki, deyilənlərə və mətbuatda yazılanlara görə, iqtisadi təhlükəsizliyimizə təxribatlarda və digər cinayətlərdə ittiham edilən Adnan Əhmədzadə həbs olunduqdan sonra istintaq orqanlarına R.Mehdiyevin və dəstəsinin ölkəmizdə məkrli planlar müzakirə etdiklərini qeyd etmişdir. Söz yox ki, A.Əhmədzadə R,Mehdiyevin və dəstəsinin Azərbaycanın dağıdıcı müxalifəti ilə əlaqələri barədə etiraflarını da dilə gətirib. Bizim də bu yöndə özəl məlumatlarımız və faktlarımız olsa da, qanunvericiliyə əməl etmək məcburiyyətindəyik. Yəni istintaq başa çatmadığı üçün məsələ ilə bağlı olanları qeyd etmək qanunun pozulması kimi dəyərləndirilə bilər. Sadəcə biz mətbuatda yazılanları qeyd edir və bu istiqamətində şərhimizi verməyə çalışırıq.

Əli Kərimlinin iki avtomobil və 4 mühafizəçi ilə hərəkət etməsinin səbəbi üzə çıxır

Sular durulduqca bir sıra müəmmalı görünən məsələlərə aydınlıq gətirilir. Məlum olur ki, heç bir yerdə işləməyən və gəlir mənbəyinə malik olmayan dağıdıcı müxalifət, xüsusi ilə də AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər və Arif Hacili tam təminatlı həyat yaşayırlar. Düzdür, onların yüksək yaşayışlarının təmin olunmasında xaricdən erməni lobbisinin və müəyyən dairələrin göndərdiyi maliyyə yardımları kömək edə bilir. Kifayət qədər bununla bağlı faktlar mövcuddur. Dəfələrlə müxtəlif şəxslər xaricdən Əli Kərimliyə pul gətirən zaman Azərbaycan sərhəd keçid məntəqəsində saxlanılıblar. Ölkəmizdə müxtəlif təxribatların törədilməsi üçün Əli Kərimliyə maliyyə yardımları göndərən şəxslər ifşa olunub və məhkəməyə çıxarılıblar. Bir qədər əvvəl Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə çəhkəmə prosesi keçirlımişdir. Məhkəmədə AXCP-nin nəzarət-təftiş komissiyasının üzvü olan Təzəxan Mirələmli ifadəsində göstərmişdir ki, Polşada yaşayan Elturan Rüstəmli onun facebook səhifəsinə yazıb Əli Kərimlinin çıxışlarının niyə görə keyfiyyətsiz olduğunu soruşub, ona deyib ki, ola bilsin kameralar köhnədir. Bundan sonra Elturan ondan xahiş edib ki, bir nəfər tanışı ilə vebkamera və mikrofon göndərəcəkdir, həmin şəxslə görüşüb əşyaları ondan alıb Əli Kərimliyə vermək lazımdır. 2018-ci ilin mart ayında Elturanla əvvəldən vaxtını təyin etdikləri kimi Vidadi ilə Gənclik metrostansiyasının yanında görüşüb, vebkamera və mikrofonu ondan alaraq Əli Kərimliyə çatdırıb.

Sərhəd keçid məntəqəsində saxlanılanların olması və məhkəmədə açıqlan sübutlar onu təsdiq edir ki, həqiqətən də Ə.Kərimli xarici maraqlı dairələr tərəfindən maliyyələşir. Bunlar faktdır və onları inkar etmək Ə.Kərimlinin imkanı xaricindədir. Digər fakt isə Ə.Kərimlinin sözdə R.Mehdiyevi və dəstəsini tənqid edib, əməldə onlarla əməkdaşlıq etməsidir. Bu yerdə tez-tez səslənən bir fikir yada düşür: Müxaliflər əlləri bəzi vəzifə mənsublarının cibindədir. Bugünkü gündəmi zəbt eən R.Mehdiyev olayı təsdiq edir ki, Ə.Kərimlinin əlləri həm də R.Mehdiyevin və dəstəsinin cibində olub. O cib vasitəsi ilə AXCP sədri Əli Kərimliyə, Milli Şuranın rəhbəri Cəmil Həsənliyə, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbərə və Arif Haciliya 18 milyon manat pul çatdırılıb. Niyə, məqsəd nədir sualına isə, cavab qısadır: R.Mehdiyev və dəstəsi ölkədəki siyasi mühiti iflic halına salmaq üçün dağıdıcı müxalifətdən istifadə edib. Məsələn, seçki mühitini "boykot"la gözdən salmaq üçün AXCP sədri Əli Kərimlini bu məsələyə cəlb edib və icazəsi aksiyalar, qanunsuz piketlər, dövlət əleyhinə şər və böhtanların səslənməsi və digər separatçı addımların atılmasına, fikirlərin söylənilməsinə sövq edilib.

Xatırlatmaq lazımdır ki, bir qədər əvvəl Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da mətbuata açıqlamasında Ramiz Mehdiyevin Azərbaycana qarşı Əli Kərimli, eyni zamanda şər-böhtan yayan mühacir blogerlərlə əlbir olduğunu bildirmişdir: “Faktiki olaraq, Əli Kərimli 2003-cü ildən sonra birbaşa Ramiz Mehdiyevin çətiri altına keçib”.

Dünən və bu gün baş verən proseslərə əsasən demək olar ki, heç zaman Ə.Kərimli R.Mehdiyev və dəstəsi haqqında sərt fikirlər söyləməyib. Hətta müəyyən sətiraltı ifadələrlə R.Mehdiyevin fəaliyyətini dəstəkləməyə yaxın olub. Bu da onun R.Mehdiyev şəbəkəsinə bağlı birisi olduğunu göstərir. Təsdiq olunur ki, Ə.Kərimli və ətrafındakı trolları hər ay R.Mehdiyevdən maliyyə yardımları alıblar. Aylıq hesabın kifayət qədər çox olmasının nəticəsi olaraq Ə.Kərimli Bakı şəhərində iki avtomabillə 4 mühafizəçinin müşayəti ilə hərəkət edir. Ə.Kərimlinin müavinləri Fuad Qəhrəmanlı, Seymur Həzi, Ayaz Məhərrəmli bahalı xarici markalı avtomabillərlə və iki-üç mərtəbəli bağ evlərində, tam təmirli evlərdə təmtəraqlı həyat yaşayırlar. Nəyin hesabına? Təbii ki, əgər 18 milyon Ə.Kərimliyə verilibsə, 8-10 milyon manatda onun müavinlərinə, eləcə də xalqını sevən, dövlətinə bağlı olan şəxsləri söyən trol dəstəsinin üzvlərinə verir. Bütün bunlar nankorluqdır, açıq şəkil də siyasi irsinə, dövlətinə və xalqına xəyanətdir. Necə ola bilər ki, xalqın heysiyyatına toxunulur, dövlətin aparıcı şəxsləri təhqir edilir, qarşılığında onlar mükafatlandırılır?

Əli Kərimli Ramiz Mehdiyevin dəstəsinin fəallarından hesab olunur

Hesab edirəm ki, Ramiz Mehdiyev və dəstəsinin üzvləri olan sabiq baş nazir Novruz Məmmədov, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Bakının sabiq meri Hacıbala Abutalıbov, Azərbaycan Prezidentinin keçmiş Mətbuat katibi Azər Qasımov, keçmiş Baş Qərargah rəisi, general Nəcməddin Sadıqov, XİN rəhbəri Elmar Məmmədyarov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov və digərləri ilə yanaşı Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər və Arif Hacılı da məhkəmə qarşısına çıxarılsınlar. Çünki hər iki tərəf eyni iyrənc maraqları ifadə edərək, dövlətə qarşı xəyanət ediblər. Əminliklə demək olar ki, istintaq orqanları Əli Kərimlini, Cəmil Həsənlini, İsa Qəmbəri və Arif Hacılını Ramiz Mehdiyevin və dəstəsinə aid iş üzrə istintaqa cəlb edərsə, çox müəmmalı məsələlərə aydınlıq gətirirlər. Düzdür, dağıdıcı müxaliflər Ramiz Mehdiyevin əlaltısı olduqlarını söyləməkdən çəkinərlər. Lakin sübut və dəlillər ortaya qoyulsa, şahidlər dindirilsə, üzləşmələr aparılsa, ortaya istintaq üçün əsaslı ola biləcək detallar üzə çıxar. Ola da bilsin ki, Ramiz Mehdiyevin gözqamaşdıran bir sıra daşınan və daşınmaz əmlakında dağıdıcı müxalifətində payı var. Yəni bəzi şirkətlər tərəflərin razılaşması əsasında birgə idarə edilə bilər.

Səthi araşdırmalar əsasında məlum olur ki, Ramiz Mehdiyev və dəstəsinin əmlakının dəyəri 135 milyard manatdır. Ən çox əmlaka isə “boz kardinal”ın sahib olduğu qeyd edilir. Mətbuatda onun əmlakının az bir qismi dərc olunub. Onun göz qamaşdıran əmlakının siyahısı belədir: 1. Ramiz Mehdiyevin Novxanıda ucsuz-bucaqsız üzüm bağları, Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 216 hektar torpaq sahəsi var. Novxanı kəndin Mehdiyevlərə məxsus 155 hektar torpaq mövcuddur. Ailənin Goranboyun Xınalı kəndindəki bağının sahəsi 50 hektardır. 2. Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyevaya (xanımı) adi 892 sot, Kamilə Əliyevaya (qızı) məxsus 240 sot torpaq var.3. Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. “Digital Media” MMC 20 avqust 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı: Bakı şəhəri, Teymur Əliyev küç. 25 A-dır. Bu şirkət “Medya FM” radiosunun sahibidir.. Kamilə Əliyevanın İstiqlaliyyət küçəsi, ev 11 ünvanındakı mənzili iki şirkətin - “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır.. Dilarə Əliyeva küçəsi, 251A ünvanında Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC də məxsusdur. Astoriya Tibb Mərkəzi 2020-ci ildən “German Hospital” adı altında fəaliyyət göstərir. “Gandezza” ticarət mərkəzi Bakıda, Nizami adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.. Ramiz Mehdiyevin gəlini Bank BTB ASC-nin əsas səhm sahibidir - 75%. Yəni bank kapitalının 50 milyon manatı onundur. Bank BTB ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.7. “Şərq-Qərb” nəşriyyatı Mehdiyevlərə aiddir. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın geniş ərazisi var. Torpağın bir hissəsində dördbloklu, 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib.“Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var. 8. R.Mehdiyevin “Sədərək” və “Binə” ticarət mərkəzlərinə şərikliyi olduğu iddia edilir.9. Bakının Tiflis prospektində dəbdəbəli villa. Bir müddət əvvəl 8 milyon ABŞ dollarına satışa çıxarılmışdı. 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu qeyd edilir.10. Ramiz Mehdiyevin Göyçay, Şamaxı, Göygöl və digər ərazilər də daxil olmaqla, ölkənin regionlarında çoxsaylı villalara sahib olması haqda məlumatlar var

Tutduğu vəzifədən sui-istifadə edib dövlətin əmlakına sahib olmaq bağışlanmaz cinayət əməlidir. Yəqin ki, bu və digər amilləri nəzərə alaraq istintaq orqanları R,Mehdiyevin və dəstəsinin əldə etdikləri 135 milyardlıq əmlakın xalqa qaytarılması istiqamətində qətiyyətli tədbirlə gösrəcək.

İLHAM ƏLİYEV