Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 35 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.