Dövlət Neft Fonduna AÇG və “Şahdəniz” yatağından daxil olan gəlirlər kəskin artıb

23 Oktyabr 2025 11:19 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 6 milyard 183,9 milyon manat vəsait daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz çoxdur. SİA ARDNF-in cari ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, həmin dövr ərzində “Şahdəniz” yatağından daxil olan gəlirlər isə 2 dəfəyədək artaraq (qaz və kondensat) 697 milyon manat təşkil edib.