Bütün sosial ödənişlərin oktyabrın 24-də yekunlaşdırılması nəzərdə tutulub
23 Oktyabr 2025 10:03 (UTC+04:00)
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin oktyabrın 24-də yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.