Çağatay Kıvançla qonşu oldu

23 Oktyabr 2025 08:12 (UTC+04:00)

Türkiyəli məşhur aktyor Çağatay Ulusoy son vaxtlar layihələrdən əldə etdiyi gəliri daşınmaz əmlaka yatırması ilə gündəmdədir. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş rolda çəkildiyi “Eşref Rüya” serialından hər seriya üçün 3,5 milyon lirə qazanan Ulusoy yaxın dostu Kıvanç Tatlıtuğ ilə qonşu olub. Belə ki, Çağatay Lüleburqazda təbiət qoynunda bir kənd evi alıb. Məlumata görə, aktyor evin interyerini öz zövqünə uyğun tərtib edib.