“Melissa" qasırğası güclənir

23 Oktyabr 2025 07:08 (UTC+04:00)

Atlantik okeanında formalaşan və Karib hövzəsinə doğru irəliləyən "Melissa" tropik fırtınası yaxın 24 saat ərzində güclənəcək. SİA xəbər verir ki, qasırğanın Haiti, Dominikan Respublikası, Kuba və Yamaykada güclü yağış, şiddətli külək və torpaq sürüşmələrinə səbəb ola biləcəyi gözlənilir.

Qeyd edək ki, Atlantik okeanında qasırğa mövsümü noyabrın 20-nə kimi davam edir.