Usikin yeni imici pərəstişkarlarını valeh etdi - FOTO

23 Oktyabr 2025 06:18 (UTC+04:00)

Boks üzrə şəksiz dünya çempionu Aleksandr Usikin həyat yoldaşı Yekaterina Usikin izləyiciləri ilə paylaşdığı yeni foto dərhal internetdə səs-küyə səbəb olub. SİA xəbər verir ki, fotoda cütlük dəbli və qeyri-adi geyimdə pozalar verir: Aleksandr dəri jilet geyinib və motosikletdə oturaraq inam və xarizma saçır. Yekaterina kadra incəlik və harmoniya əlavə edərək lakonik, lakin zərif bir görünüş seçib. Pərəstişkarları, çempionun bu geyimdə “döyüş qəhrəmanı” kimi göründüyünü bildiriblər. Foto xeyli bəyənmə toplayıb.