ABŞ-da şatdauna son qoymaq üçün keçirilən 12-ci səsvermə uğursuz olub

23 Oktyabr 2025 03:15 (UTC+04:00)

ABŞ Senatında hökumətin maliyyələşdirilməsi ilə bağlı Respublikaçılar Partiyasının irəli sürdüyü qanun layihəsi üzrə keçirilən 12-ci səsvermə nəticəsiz başa çatıb. SİA xəbər verir ki, sənədin lehinə 54, əleyhinə isə 46 senator səs verib. Bununla da layihə qəbul üçün tələb olunan 60 səslik baryeri keçə bilməyib.

Layihə hökumətin maliyyələşdirilməsini noyabrın 21-dək təmin etməyi nəzərdə tuturdu. Artıq 23 gündür davam edən şatdaun ABŞ tarixində ikinci ən uzun hökumət bağlanması hesab olunur.

Qeyd edək ki, ölkə tarixində ən uzun şatdaun 35 gün davam edib.