Avropa bu axşama qədər müharibəyə hazır olmalıdır...

22 Oktyabr 2025 19:14 (UTC+04:00)

...SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Fransa quru qoşunlarının komandanı general Pyer Şill RTL telekanalına müsahibəsində bildirib ki, Avropa və Fransa bu axşama qədər müharibəyə hazır olmalıdır.

...Biz bu axşam hazır olmalıyıq. Fransa ordusu bu axşam ölkəmizi və qitəmizi müdafiə etməyə hazırdır, - o deyib. Generalın fikrincə, Avropanı genişmiqyaslı silahlı münaqişəyə aparacaq hadisələr silsiləsi hər an işə düşə bilər.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Qərb ölkələrinin NATO-nun şərq cinahında hərbi təlimlərinin artırılması Avropanın Rusiya ilə hərbi toqquşmaya hazırlaşdığını göstərir.

Əli Babayev