Rusiya Duması vergi artımını və rekord hərbi xərcləri təsdiqləyib...

22 Oktyabr 2025 19:06 (UTC+04:00)

...Çərşənbə günü Rusiya Dövlət Duması 2026-2028-ci illər üçün federal büdcə qanununu birinci oxunuşda təsdiqləyib. Sənədə əsasən, ƏDV dərəcəsi gələn il son 7 ildə ikinci dəfə olaraq 20-dən 22 faizə qaldırılacaq.

SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, bu, Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, xəzinədarlığa 1,2 trilyon rubl əlavə gəlir gətirəcək.

...Opora Rossiinin hesablamalarına görə, hər on sahibkardan birinə təsir edəcək, kiçik biznes üçün köklü vergi islahatı da başlayacaq.

4,4 milyon kiçik şirkətin fəaliyyət göstərdiyi sadələşdirilmiş vergi sistemi üçün həddi illik gəlirdə 60 milyon rubldan 10 milyon rubla endiriləcək.

Daha çox gəlir əldə edənlər ƏDV ödəməyə başlayacaqlar. Büdcə qanununa əsasən, Maliyyə Nazirliyi 3,2 trilyon rubl əlavə vergi - ümumilikdə 40,28 trilyon rubl toplamaq planlaşdırır.

Xərclər 1,2 trilyon rubl artaraq 44,07 trilyon olacaq.

“Milli müdafiə” büdcənin təxminən 30 faizini və ya 12,9 trilyon rublu təşkil edən ən böyük xərc maddəsi olaraq qalacaq.

Polisə, Milli Qvardiyaya, İstintaq Komitəsinə və Federal Penitensiar Xidmətə (“milli təhlükəsizlik”) xərclər 420 milyard rubl artaraq 3,91 trilyon təşkil edəcək.

Ümumilikdə təhlükəsizlik qüvvələri büdcənin 38 faizini və ya 16,84 trilyon rublu istehlak edəcək.

Milli iqtisadiyyatın dəstəklənməsi üçün xərclər 414 milyard rubl artaraq 4,768 trilyon; əhaliyə sosial dəstək üzrə, 611 milyard rubl, 7,103 trilyon; mənzil və kommunal xidmətlər üzrə, 197 milyard rubl, 1,996 trilyon; Təhsil xərcləri 167 milyard rubl artaraq 1,744 trilyon olacaq.

Dövlət təbliğat büdcəsinə əlavə olaraq 9,1 milyard rubl daxil olacaq və 146,3 milyard rubl yeni rekorda çatacaq.

Federal səhiyyə xərcləri faktiki olaraq dondurulacaq - gələn il 1,87 trilyon rubl, bu il 1,86 trilyon rubl...

Eyni zamanda, "Uzun və Aktiv Həyat" milli layihəsinin (əvvəllər "Sağlamlıq" milli layihəsi) maliyyələşdirilməsi 26 faiz azalaraq 274,2 milyard rubl təşkil edəcək.

İlkin səhiyyənin modernləşdirilməsi proqramı (2,3 dəfə), təcili yardımın inkişafı üzrə federal layihə (-28 faiz), diabet (-13 faiz), xərçəng (-3,1 faiz) və ürək-damar xəstəlikləri (-2,5 faiz) ilə mübarizə proqramları ixtisar ediləcək.

Büdcənin hazırlanması prosesi zamanı Duma və hökumət "büdcənin ölkənin qarşısında duran bütün məsələlərin həlli və vətəndaşlarımızın mənafeyinin qorunması üçün mümkün olan hər şeyi etməyə çalışıblar", - sənədi şərh edən aşağı palatanın spikeri Vyaçeslav Volodin bildirib.

...Əsas prioritetlərdən biri ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyidir. Bu da büdcəyə daxil edilib və bu məqsədlərə nail olunub, - o əlavə edib.

Əli Babayev