Fransa Aİ-ni “yer üzündəki ən təhlükəli zibil parçası” adlandırıb...

22 Oktyabr 2025 18:06 (UTC+04:00)

...Totalitar və hərbiləşdirilmiş Avropa İttifaqı (Aİ) Avropa ölkələrinin suverenliyinə ciddi təhlükə yaradır.

SİA xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial media platformasında bildirib.

Siyasətçi Avropa Komissiyasına Avropanın əsas müdafiə layihələrinə nəzarət etmək səlahiyyətlərinin verilməsinə çağıran Avropa komissarı Andrius Kubiliusun bəyanatını şərh edib.

…Bunun nə demək olduğunu hamı başa düşür: “…Avropa ordusu"na doğru tədricən, daha sürətli hərəkət və milli orduların və müdafiə sənayesinin sonu! Bu, totalitar və hərbiləşdirilmiş Avropa dövlətidir: Yer kürəsində mövcud ola biləcək ən təhlükəli pislik!”

Bunu Filippot yazıb.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı qitənin yenidən silahlanması və Rusiyanı “tutmaq” üçün beşillik plan çərçivəsində birgə pilotsuz təyyarələr və hava hücumundan müdafiə layihələri həyata keçirməyi planlaşdırır.

Təşəbbüs 2027-ci ilin sonuna qədər Avropanın müdafiə tədarükünün 40 faizinin, hazırkı səviyyədən iki dəfə çox olmaqla, ortaq mülkiyyətə verilməsini hədəfləyir.

Əli Babayev