...İslandiyada az qala tarixi adlandırıla bilən hadisə baş verib.
SİA-nın məlumatına görə, yerli Visir nəşri yazır ki, adada ilk dəfə ağcaqanadlar qeydə alınıb.
...Kjös vadisində yaşayan həvəskar entomoloq Bern Xyatlaso bir neçə ağcaqanad - bir erkək və bir dişi - tutduğunu və növlərin müəyyən edilməsi üçün mütəxəssislərə təhvil verdiyini bildirib.
Müayinə zamanı onların Şimali Avropa və Britaniya adalarında yayılmış ağcaqanadların böyük növü olan Culiseta annulata olduğu müəyyən edilib.
...Xanımlar və cənablar, icazə verin, təqdim edim: İslandiyada ilk dəfə - ağcaqanad!
Bern bunu sosial şəbəkədə yazıb.
Hər şey oktyabrın 16-da axşam baş verib. O, yem üzərində dişi ağcaqanad kəşf edib.
Bern həşəratların şirin məhlulu içmək üçün qoxuya cəlb olunduğunu söyləyir. Ertəsi gün axşam bir erkək ağcaqanad, sonra yenə dişi gəlib.
Fotoşəkillər və həşərat nümunələri İslandiya Təbiət Tarixi İnstitutuna göndərilib, burada onların növlərinin kimliyi təsdiqlənib.
Qeyd edək ki, İslandiya Antarktida ilə birlikdə dünyada ağcaqanadların olmadığı nadir yerlərdən biri hesab olunurdu.
Nazlı Almuradova