"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. Bu barədə SİA ADY-yə istinadən xəbər verir.
Bakıdan Ağdama gedən reys səhər saat 07:10-da yola düşəcək. Ağdamdan Bakıya qayıdan reys isə 18:20-da hərəkət edəcək.
"Bu marşrut üzrə 8 və 9 noyabr tarixlərində iki istiqamətdə səfər edə bilərsiniz. Bayrağımızın qürurla dalğalandığı Qarabağa getmək üçün biletinizi dəmiryol kassalarından, saytımızdan və "ADY Mobile" tətbiqindən elə indi alın", - məlumatda qeyd edilib.