Ordubadın yüksək dağlıq ərazilərinə 14 santimetr qar yağıb

22 Oktyabr 2025 13:58 (UTC+04:00)

Oktyabrın 22-də səhər saatlarından etibarən Ordubad rayonunun ucqar kəndləri və dağ massivlərində hava şəraiti kəskin dəyişib, havanın temperaturu xeyli enib. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, rayonun 3500 metrədək yüksəklikdə yerləşən dağlıq ərazilərinə qar yağıb. Qarın hündürlüyü 14 santimetrdir.