“Zirə” futbolçusu Vensan Tillə yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, lüksemburqlu yarımmüdafiəçi ilə imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, V. Till bu mövsümün əvvəlində “Sabah”dan ayrıldıqdan sonra “Zirə”yə keçmişdi.