Azərbaycan-Ermənistan normallaşma prosesini yüksək qiymətləndiririk - Marqus Tsahka

22 Oktyabr 2025 13:29 (UTC+04:00)

Azərbaycan-Ermənistan normallaşma prosesini yüksək qiymətləndiririk. SİA xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahka Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.

O bildirib ki, Vaşinqtondakı son qərarlar region üçün mühüm əhəmiyyət kəsb edir. Biz regionda bağlantı və nəqliyyat məsələlərini də müzakirə etdik. Azərbaycan regionda nəqliyyat baxımından olduqca böyük rol oynayır.