Estoniya XİN başçısı Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür edib

22 Oktyabr 2025 13:25 (UTC+04:00)

Estoniyanın xarici işlər naziri Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür edib. SİA xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında danışıb.

O qeyd edib ki, Azərbaycanla nəqliyyat əlaqələrinin genişləndirilməsində Avropa İttifaqı (Aİ) böyük rol oynayacaq.

Nazir daha sonra Rusiya-Ukrayna müharibəsindən söz açaraq Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür edib: "Azərbaycanın bu istiqamətdə qətiyyətli mövqeyi var. Biz hamımız azadlıq və suverenliyimizi müdafiə etməyə hazır olmalıyıq".