Qızıl bahalaşmaqda davam edəcək - AMB

22 Oktyabr 2025 12:30 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) dünya bazarında qızılın bahalaşmaqda davam edəcəyini gözləyir. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Nəzərə alsaq ki, gələn il də dünyadakı qeyri-müəyyənliklər davam edəcək, ola bilər ki, əvvəlki templə olmasa da, qiymət artımı davam etsin", - deyə o qeyd edib.