Amerikalı modellər Cici və Bella Hadidlərin böyük bacısı evlənib. SİA xəbər verir ki, onların bacısı Alana Hadid Ross Villiams adlı bəylə ailə həyatı qurub.
Cütlüyün toyu oktyabrın 18-i Alananın atasının Los Ancelesdəki evində baş tutub.
Onlar nigah tarixini Rossun valideynlərinin toy günü olaraq seçib.
Alana mərasim boyu 2 gəlinlik geyinib. Həmçinin hər 3 bacının toyun əvvəlindən sonuna qədər ayaqyalın olması diqqət çəkib.
Qeyd edək ki, Alana ilə Rossun maraqlı tanışlıq hekayəsi var. Belə ki, cütlüyün münasibəti tanışlıq proqramı üzərindən yaranıb.