Bakıda avtomobil 87 yaşlı moped sürücüsünü vuraraq öldürüb

22 Oktyabr 2025 09:36 (UTC+04:00)

Bakıda avtomobil 87 yaşlı moped sürücüsünü vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Pirallahı rayonunda baş verib.

Bildirilib ki, 1991-ci il təvəllüdlü Eldar Səttarov idarə etdiyi "Toyota Aqua" markalı avtomaşınla 1938-ci il təvəllüdü Hacı Ağayevin idarə etdiyi moped markalı motosikletlə toqquşub.

Hadisə nəticəsində Hacı Ağayev aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.