Mən, Lamiyə Eyyubova, Zaqatala rayon sakini olaraq, Mərkəzi Gömrük Hospitalında qız övladımın dünyaya gəlməsi münasibətilə dərin minnətdarlığımı bildirmək istəyirəm. SİA xəbər verir ki, o bildirib ki, hamiləlik dövrüm boyunca hər ay Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, yüksək ixtisaslı mama-ginekoloq Təranə Bayramovanın qəbulunda olaraq mütəmadi müayinə olunurdum. Hər bir müayinədə mənə göstərilən diqqət, qayğı və peşəkar yanaşma sayəsində bu çətin və məsuliyyətli dövrü tam rahat və təhlükəsiz şəkildə keçirdim. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Mərkəzi Gömrük Hospitalında yaradılan şərait, göstərilən xidmət və kollektivin peşəkar fəaliyyəti bir daha sübut etdi ki, burada pasiyentlərin sağlamlığına ən yüksək səviyyədə diqqət yetirilir. Bu yüksək səviyyəli tibbi xidmətin təşkilinə görə başda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi hörmətli Ceyhun Məmmədov olmaqla, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə, Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramovaya, doğum şöbəsinin baş tibb bacısı Sevda Abbasovaya, habelə doğum zamanı və ümumilikdə hamiləlik müddətində mənə xidmət göstərən bütün tibb personalına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Onların hər birinin öz işinə olan məsuliyyətli yanaşması, səmimiyyəti və peşəkarlığı mənə həm mənəvi, həm də fiziki cəhətdən rahatlıq verdi. Bu gün sağlam körpəmin qucağımda olması, ilk növbədə, onların əməyi və diqqəti sayəsində mümkün oldu.
Sonda bir daha qeyd etmək istəyirəm ki, belə ali dəyərlərə əsaslanan xidmətlər cəmiyyətimizdə tibb sahəsinə olan inamı artırır və pasiyentlərin sağlamlığının etibarlı əllərdə olduğunu sübut edir. Bir ana olaraq sizlərə minnətdaram!
Hörmətlə,
Lamiyə Eyyubova
Zaqatala rayonu
21 oktyabr 2025-ci il