NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla görüşmək üçün təcili səfərdə ABŞ-a uçur. SİA xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti açıqlama verib. Açıqlamada bildirilir: “NATO-nun baş katibi Mark Rutte oktyabrın 21-22-də Vaşinqtona səfər edəcək. O, ABŞ Prezidenti Donald Trampla görüşəcək. Mətbuat brifinqləri olmayacaq”.
Qeyd olunub ki, bu səfər baş katibin əvvəlcədən planlaşdırılmış gündəliyinə daxil edilməyib.