Putinlə ABŞ prezidenti Donald Tramp arasında Macarıstanda keçiriləcək görüşə hazırlıq dayandırılıb.
SİA xəbər verir ki, NBC News-un jurnalisti Garrett Haacke bu barədə Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən X sosial media platformasında məlumat verib.
...“Budapeştdə Tramp-Putin sammitinin planlaşdırılması hazırda “gözlədir”, – Ağ Evin yüksək rütbəli rəsmisi mənə deyib”, – jurnalistin postunda deyilir.
Haackenin sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı "məhsuldar olub", lakin Tramp hər iki tərəfin hazırkı mərhələdə danışıqlara kifayət qədər hazır olmadığını hiss edib.
“Reuters”in məlumatına görə, Rusiya və ABŞ prezidentlərinin ikinci təkbətək görüşü Putinin güzəştə getmək istəmədiyi və radikal tələblər irəli sürməkdə davam etdiyi məlum olduqdan sonra dağılıb.
Əli Babayev