Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb

21 Oktyabr 2025 19:46 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri oktyabrın 21-də başa çatıb.

SİA xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yola saldı.