Polşa “Rusiyanın maraqları naminə” hərəkət edən 55 şəxsi həbs edib...

21 Oktyabr 2025 21:43 (UTC+04:00)

Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları xarici kəşfiyyatın maraqlarına uyğun hərəkət etdikləri üçün 55 nəfəri həbs edib.

SİA xəbər verir ki, bu barədə “İnterfaks” kəşfiyyat xidmətlərinin koordinatorunun mətbuat katibi Yaçek Dobrzinskiyə istinadən məlumat yayıb.

...Son aylarda Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Rusiya kəşfiyyatının maraqlarına uyğun hərəkət edərək Polşanın zərərinə fəaliyyət göstərən ümumilikdə 55 nəfəri həbs ediblər.

Bunu Dobrzinski vurğulayıb. O, həmçinin təsdiq edib ki, son günlər Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları digər xidmətlərlə birlikdə 8 nəfəri saxlayıblar.

Sentyabrın 19-da Dobrzinski bildirib ki, xarici vətəndaşlar Belarusdan tunel vasitəsilə Polşaya daxil olmağa cəhd ediblər. ...Hasarın o biri tərəfindəki" insanlar Polşa sərhədçilərinə daş atıblar, bundan sonra onlara molotov kokteyli atılıb.

Bunu da mətbuat katibi etiraf edib.

Əli Babayev