“Bavariya” baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

21 Oktyabr 2025 14:39 (UTC+04:00)

Almaniyanın “Bavariya” komandası baş məşqçisi Vensan Kompani ilə müqavilənin müddətini uzadıb. SİA klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni sözləşmə 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Belçikalı mütəxəssis ötən ilin may ayından Bundesliqa təmsilçisini çalışdırır.

Qeyd edək ki, “Bavariya” hazırda 21 xalla Almaniya çempionatında turnir cədvəlinə başçılıq edir.