Pasiyendən Mərkəzi Gömrük Hospitalına təşəkkür məktubu

21 Oktyabr 2025 13:13 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Ürək-Damar Cərrahiyyəsi şöbəsinin rəisi, uzman ürək-damar cərrahı Dr. Elməddin Əliyev tərəfindən uğurla əməliyyat olunan pasiyent Rövşən Dadaşov ona göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib.
Rövşən Dadaşov məktubunda yazır:
“Mən, Rövşən Dadaşov, bir gün qəfil olaraq ürəyimdə güclü ağrı hiss etdim. Dərhal Siyəzən rayonunda müayinə olundum və ilkin nəticələrdən sonra mənə Mərkəzi Gömrük Hospitalına müraciət etməyim tövsiyə olundu. Burada Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr. İlqar Tahiroğlu tərəfindən ətraflı və dəqiq kardioloji müayinələr aparıldı. Müayinələrin nəticəsində məlum oldu ki, ürək damarlarımda ciddi tıxanıqlar var və cərrahi müdaxiləyə ehtiyac yaranıb.”
Dr. Elməddin Əliyev tərəfindən yüksək peşəkarlıqla aparılan ürək-damar cərrahiyyəsi əməliyyatı uğurla nəticələnib. Əməliyyat öncəsi hazırlıq mərhələsindən başlayaraq əməliyyat və reabilitasiya dövrünə qədər bütün tibbi proses böyük diqqət, səliqə və məsuliyyətlə həyata keçirilib. Dr. Elməddin Əliyev və onun komandası əməliyyat zamanı göstərdikləri peşəkarlıq, dəqiqlik və insani münasibətlə mənə yenidən sağlam həyat bəxş ediblər. Müalicə prosesində mənə dəstək olan Dr. İlqar Tahiroğluna, Dr. Elməddin Əliyevə, Dr.Ləman Eyvazlıya, bütün tibb bacılarına təşəkkürümü bildirirəm.
Mərkəzi Gömrük Hospitalında mən yüksək səviyyəli tibbi xidmət, səmimi münasibət, qayğı və mənəvi dəstək gördüm. Burada hər bir pasiyentə fərdi yanaşma, diqqət və insanpərvərlik hakimdir. Bu müəssisənin rəhbərliyinə və bütün kollektivə ürəkdən minnətdaram.”
Mərkəzi Gömrük Hospitalı fədakar həkimlərin və tibb işçilərinin peşəkarlığı ilə fərqlənir. Mənə ikinci həyat bəxş etdikləri üçün başda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev olmaqla, mənə tibbi xidmətlər göstərən bütün tibb heyətinə dərin təşəkkürümü bildirirəm.