“Cənab Prezident İlham Əliyev aktiv xarici siyasət həyata keçirir. Ölkə başçısının siyasi kursu beynəlxalq hüquqa, hər bir dövlətlə mehriban qonşuluq siyasətinə, milli maraqların ümumi nöqtələrinin tapılmasına yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Azərbaycan həm qonşu dövlətlərlə, həm də bizi tarixi “tel”lərlə bağlayan dövlətlər ilə yaxşı münasibətlər qurub: “Beynəlxalq aləmdə Azərbaycan və onun lideri tanınır və böyük nüfuza malikdir. Cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına dörd il rəhbərlik etməsi, beynəlxalq birlikdə təhkükəsizlik və əməkdaşlığın möhkəmlənməsi üçün irəli sürdüyü təşəbbüslər fəaliyyəti yüksək qiymətləndirilir. Ölkə başçısının keçdiyimiz həftələrdə iştirak etdiyi sammitlərin hər birində cənab Prezident diqqət mərkəzində olub. Misirdə ABŞ prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı İlham Əliyevə verdiyi qiymət obyektivdir və dünya bunu razılıqla qarşıladı. Bu dövlət başçısının Heydər Əliyev kursunu uğurla davam etdirməsi, xalqın maraqlarını hər zaman üstün tutması ilə mümkün olur. İnanırıq ki, bundan sonra da cənab Prezidentin apardığı siyasət Azərbaycana uğur və nüfuz gətirəcək”.