Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

21 Oktyabr 2025 11:36 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev oktyabrın 31-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərinin müraciətlərini dinləyəcək. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin gün vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar oktyabrın 21-dən 23-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.