Naxçıvanda sahibkarlığa maliyyə dəstəyi 4 dəfədən çox artıb

21 Oktyabr 2025 11:34 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu 2025-ci ilin yanvar–sentyabr ayları ərzində 114 layihənin maliyyələşdirilməsinə 11,6 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayırıb. Sahibkarlığın İnkişafı Fondundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon manat və ya 4,2 dəfə çoxdur. Layihələrin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə artıb.

Maliyyələşdirilmiş kreditlər hesabına 298 yeni iş yerinin yaradılması nəzərdə tutulur.