Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib - FOTOLAR

21 Oktyabr 2025 10:33 (UTC+04:00)

Azərbaycanın ikinci böyük şəhəri Gəncə bu il beşinci dəfə keçirilən Kənd Təsərrüfatı və Qida TexnologiyalarıKonfransına ev sahibliyi edib. SİA xəbər verir ki, 20–23 oktyabr 2025-ci il tarixlərində baş tutan tədbirTürk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti vəÇukurova Universitetinin birgə təşkilatçılığı iləgerçəkləşib.

Konfransda Türkiyənin Çukurova və Ege universitetləribaşda olmaqla, ümumilikdə 15 ölkədən yüzlərlə alim vətədqiqatçı iştirak edib. Açılış mərasimi Gəncə HeydərƏliyev Mərkəzində keçirilib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsuluRəcəb Öztop kənd təsərrüfatı və qida texnologiyalarısahəsində Türkiyənin həyata keçirdiyi layihələrdən bəhsedib. O, TİKA tərəfindən Gəncə və ətraf bölgələrdə icra olunan layihələrin iki ölkə arasında qardaşlıqmünasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru ZəfərQurbanov və Ege Universitetinin rektoru Nəcdət Budak çıxışlarında konfransın təşkilinə verdiyi dəstəyə görəTİKA-ya təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində kənd təsərrüfatında innovativtexnologiyalar, qida təhlükəsizliyi, davamlı istehsal vəiqlim dəyişikliklərinə uyğunlaşma mövzularında elmimüzakirələr aparılır.