"Apple” şirkətinin tarixində ilk

21 Oktyabr 2025 03:04 (UTC+04:00)

NASDAQ birjasında oktyabrın 21-də səhər saatlarında aparılan ticarət əməliyyatları zamanı “Apple” şirkətinin səhmləri 4%-dən çox artaraq 263,47 dollar səviyyəsinə çatıb. Bu, şirkətin tarixində ən yüksək göstərici kimi qeydə alınıb. SİA xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Məlumata görə, səhmlərdəki artım “Loop Capital” investisiya şirkətinin “Apple” üçün hədəf qiyməti 226 dollardan 315 dollara yüksəltməsindən sonra proqnozlaşdırılırdı. Şirkət bu qərarını “iPhone 17” modelinin gözləniləndən daha güclü satış nəticələrinə əsasən verib. “Bloomberg” analitiklərinin məlumatına görə, ABŞ və Çin kimi əsas bazarlarda “iPhone 17”nin ilk on gün ərzindəki satışları əvvəlki model olan “iPhone 16”nın göstəricilərini 14% üstələyib.