Fələstinin HƏMAS təşkilatı daha bir israilli girovun meyitini Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə təhvil verib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu və Baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb. Mərhumun adı şəxsiyyətin müəyyən edilməsi prosedurundan sonra məlum olacaq. Qeyd edək ki, bu, oktyabrın 10-da atəşkəsin qüvvəyə minməsindən sonra HƏMAS-ın İsrailə təhvil verdiyi 13-cü meyitdir.