"Traktor” darmadağınla qalib gəldi

21 Oktyabr 2025 00:37 (UTC+04:00)

Cənubi Azərbaycan təmsilçisi “Traktor” Asiya Çempionlar Liqasının əsas mərhələsində III tur çərçivəsində növbəti matçına çıxıb. SİA xəbər verir ki, Təbriz təmsilçisi səfərdə Birləşmiş Ərəb Əmirliyinin “Əl-Şarja” klubu ilə qarşılaşıb. Matç İran çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, “Traktor” hazırda 5 xalla turnir cədvəlinin 3-cü sırasında qərarlaşıb.