…Polşanın Carlex Design studiyası Himalaya məhdud buraxılışlı Mercedes-AMG G 63-ün lüks versiyasını təqdim edib.
Bu avtomobilin əsas xüsusiyyəti onun daş-qaş kimi parıldayan brilyant tozundan istifadə edərək əl ilə işlənmiş korpusudur.
Şirkət iddia edir ki, parıltının intensivliyi işığın bucağından asılı olaraq dəyişir və hər bir avtomobili unikal edir.
Bu unikal effekt, rəssamın kətan üzərində imzası ilə müqayisə edilə bilən hər bir boya qatının zəhmətlə tətbiqi ilə əldə edilir. İnteryerdə Avropanın ən yaxşı emalatxanalarında seçilmiş və işlənmiş eksklüziv dəri var.
Xarici olaraq, Gelendvagen dəyişdirilmiş bamperlər, radiator barmaqlığı və ağ təkər əlavələri olan retro tipli təkər diskləri ilə seçilir.
Mexanik olaraq avtomobil dəyişməz olaraq qalır.
Mercedes-AMG G 63 585 at gücünə malik V8 mühərriki ilə təchiz edilib və 0-dan 100 km/saata 4,5 saniyəyə sürətlənməyə imkan verir.
SİA xəbər verir ki, Carscoops-a görə, bu yolsuzluq avtomobilinin qiyməti təxminən 1,5 milyon avrodur.
…Və yeri gəlmişkən, Himalaya seriyasına əvvəllər Rolls-Royce Cullinan, Lamborghini Urus, Aston Martin DBX, Range Rover Vogue, Ferrari Purosangue və Bentley Bentayga kimi modellər daxil idi.
Nazlı Almuradova