Sudanın cənubunda mədəndə 23 nəfər zəhərlənərək ölüb

20 Oktyabr 2025 20:11 (UTC+04:00)

Sudanın Cənubi Kordofan əyalətində baş verən zəhərlənmə hadisəsi nəticəsində 23 nəfər həyatını itirib, 145 nəfər isə yaralanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Təqula mədənində baş vermiş hadisənin dəqiq səbəbi müəyyənləşməsə də, ilkin versiyaya görə, zəhərlənməyə səbəb sianidli tullantılar və ya xlordur.

Təludi regionunun hakimiyyət orqanları hadisədən sonra şəhərə giriş-çıxışı dayandırıb, yaralılar xəstəxanaya yerləşdiriliblər.