Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb

20 Oktyabr 2025 19:29 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında artan gərginlik fonunda Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Kolumbiyanın Xarici İşlər Nazirliyi səfir Daniel Qarsiya Pena Caramillonun artıq Boqotada olduğunu açıqlayıb.

Qeyd edək ki, sentyabrın 16-da ABŞ-ın narkotik daşıdığı deyilən qayığa zərbə endirməsindən sonra Kolumbiya Prezidenti Trampı vətəndaşını öldürməkdə ittiham edib. Daha sonra Donald Trampın Petronu “qanunsuz narkotik lideri” və “dəli” adlandırması gərginliyi daha da artırıb.