Bakıda göldən meyit tapılıb

20 Oktyabr 2025 16:14 (UTC+04:00)

Bakıda süni göldən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində süni göldən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.